Zelenskidən Ukrayna əsgərinin başının kəsilməsi ilə bağlı iddialara reaksiyabackend

Zelenskidən Ukrayna əsgərinin başının kəsilməsi ilə bağlı iddialara reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial mediada rus əsgərlərinin əsir götürdükləri ukraynalı əsgərin başını kəsdiyi anlara aid olduğu iddia edilən görüntü paylaşılıb.

NOCOMMENT.az xəbər verir ki, müharibənin gündəmini dəyişən görüntüdən sonra həm Rusiyadan, həm də Ukraynadan açıqlama verilib.

“Bu, Rusiyanın videosudur. Bu, məhz Rusiyanın yeni norma yaratmağa çalışdığı bir videodur. Hər kəs, hər bir lider buna reaksiya verməlidir. Bunu unutmaq olmaz. Biz heç nəyi unutdurmayacağıq. Terrorizmə qalib gəlmək lazımdır” deyə Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında qeyd edib.

Kreml isə hadisəyə daha təmkinli yanaşmağa çağırıb. Kremlin sözçüsü Dmitri Peskov görüntünün doğru olub olmamasının yoxlanılmasının lazım olduğunu bildirib.

NOCOMMENT.AZ