Zelenskinin legitimliyi bitib – Putinbackend

Zelenskinin legitimliyi bitib – Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyi başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Rusiya-Belarus danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

“Əlbəttə, biz bilirik ki, indiki dövlət başçısının legitimliyi başa çatıb”, – dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, bu legitimlik məsələsinə, ilk növbədə, Ukraynanın özünün siyasi-hüquqi sistemi, konstitusiyası cavab verməlidir.

“Rusiya Ukrayna ilə danışıqları bərpa edərkən, sənədləri imzalayarkən, bunu kiminlə edə biləcəyini anlamalıdır”, – deyə Putin vurğulayıb.