Ukrayna Rusiya ilə ABŞ arasında müharibəni qızışdırmaq istəyir.
NOCOMMENT.az xəbər verir ki, bunu RBC-Ukrayna agentliyinin YouTube kanalının efirində Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixailo Podolyak deyib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə Kiyev “əlbəttə ki, daha yaxşı olardı”. “Məsələləri Amerika və Rusiya arasında birbaşa hərbi toqquşmaya gətirmək lazım deyil” deyə müşavir qeyd edib.
Podolyak ABŞ prezidenti Donald Trampın nəzəri olaraq Kiyevin nadir torpaq metalları üzərində nəzarətini qaytarmaq üçün Ukrayna ərazisinə qoşun yeridə biləcəyi ilə bağlı sualı belə cavablandırıb.
Bundan əvvəl Donald Tramp Ukraynadan mineral ehtiyatların alınmasının vacibliyini bəyan edərək , bunu mümkün sövdələşmə ilə əlaqələndirib. “Biz Ukraynaya deyirik ki, onların qiymətli nadir torpaq metalları var və bizə zəmanət lazımdır”, – deyə Ağ Evin rəhbəri bildirib.