Zelenskinin ofisinə hücum olub – Ailəsi də orada imişbackend

Zelenskinin ofisinə hücum olub – Ailəsi də orada imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin ilk saatlarında rus qoşunları Ukraynanın hökumət məhəlləsinə çataraq Prezident Aparatına basqın etməyə cəhd ediblər. Həmin vaxt Ukrayna prezidenti Volodimir Zelenski birinci xanım Yelena Zelenskaya və onların uşaqları ilə birlikdə orada olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, V.Zelenski bu barədə “Time” jurnalına müsahibəsində danışıb.

O bildirib ki, müharibənin ilk günündə Prezident Aparatının məsul işçiləri tapdıqları hər şeylə binanı qorumağa çalışırdılar. Ukrayna hərbçiləri isə küçələrdə rus işğalçılarına qarşı döyüşüblər.

Məlum olub ki, rus qoşunları paraşütlə Kiyevin mərkəzinə daxil olub və cəmi bir neçə dəqiqə ərzində prezident administrasiyasına çatıblar. Prezident Ofisinin içərisində atışma səsləri eşidilib.

Bildirilib ki, rus qruplarının məqsədi Volodimir Zelenski və ailəsini öldürmək və ya ələ keçirmək olub. Hökumət məhəlləsi ətrafında atışmalar baş verib. Prezident Ofisinin içindəki mühafizəçilər işıqları söndürərək Zelenski və onun köməkçiləri üçün gülləkeçirməz jiletlər və avtomatlar gətiriblər.

Prezident Aparatının rəhbərinin müşaviri Oleksiy Arestoviç Saymon Şusterə deyib: “Rusiya qoşunları iki dəfə hücuma cəhd ediblər”.

Zelenski qeyd edib ki, həmin vaxt həyat yoldaşı və uşaqları da orada olub.