Zelenskinin şərti qeyri-ciddidir – Lavrovbackend

Zelenskinin şərti qeyri-ciddidir – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Zelenski danışıqların bərpası və Rusiya Prezidenti Putinlə görüş üçün qeyri-ciddi şərtlər irəli sürür.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.

“Zelenski bugünlərdə təklif verdi – o, hər gün nəsə təklif edir – ki, danışıqlara hazırdır, ancaq danışıqlar yalnız onunla Putin arasında ola bilər. Guya heç bir digər səviyyədə bu danışıqların mənası yoxdur. Onun fikrincə, danışıqlar vasitəçi olmadan və Ukrayna 23 fevrala qədər olan ərazilərinə nəzarəti bərpa etdikdən sonra baş tuta bilər. Bunun qeyri-ciddi təklif olduğunu kiməsə izah və sübut etməyə ehtiyac yoxdur”, – Lavrov “TV Arabic”ə müsahibəsində bildirib.

O qeyd edib ki, intellektuallıqdan kənar olan bu cür barışmaz mövqeyi müdafiə etmək Qərbə sərf edir.