Zəlzələ bölgəsindəki 33 min 690 binanın dağıntıları çıxarıldıbackend

Zəlzələ bölgəsindəki 33 min 690 binanın dağıntıları çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu zəlzələ bölgəsində 33 min 690 binanın qalıqlarının çıxarıldığını bildirdi. 

NOCOMMENT.az xəbər verir ki, nazir bu barədə jurnalsitlərə açıqlama verib.

“Həm söküləcək, həm də bərbad vəziyyətdə olan binaların demək olar ki, dörddə üçü tamamlanıb. Bayrama qədər Hatay istisna olmaqla, bütün bölgədə söküləcək binaların dağıntılarını çıxarmağı planlaşdırırıq. Hazırda proqramımızla bağlı heç bir problem yoxdur.” deyə Soylu qeyd edib.

Soylu, şəhərdəki dağıntı təmizləmə işlərinin indiyə qədər 72 faizi keçdiyini bildirib.

O, Ramazan bayramından sonra ciddi ziyan dəymiş binalar üçün prosedurlara başlanılacağını da açıqlayıb.

NOCOMMENT.AZ