Zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 17 nəfər həbs edilibbackend

Zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 17 nəfər həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 531 hesab meneceri aşkarlanıb.

NOCOMMENT xəbər verir ki, onlardan 221-i barəsində cinayət işi başlanılıb, 64 nəfər saxlanılıb, 17 nəfər isə həbs edilib.

Təhlükəsizlik Baş İdarəsi (EGM) Kiber Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən verilən səlahiyyətlər çərçivəsində cinayət və cinayətkarlarla mübarizə məqsədi ilə 7 gün 24 saat internetdə virtual patrul fəaliyyəti həyata keçirir.

Qurumdan verilən açıqlamada qeyd olunub ki, vətəndaşlarda qorxu və çaxnaşma yaratmaq məqsədi ilə sosial media platformalarında Kahramanmaraşdakı zəlzələlərlə bağlı təxribat xarakterli paylaşımlar etdiyi hesab edilən 531 hesab meneceri müəyyən edilərək İdarəyə göndərilib. aidiyyəti bölmələr tərəfindən 221 hesab rəhbəri barəsində qanuni iş başlanılıb.

Baş Prokurorluqdan daxil olmuş göstərişlər əsasında 64 nəfər saxlanılıb, 17 nəfər həbs edilib.