Zəlzələ nəticəsində ölənlərin sayı 6-ya çatıbbackend

Zəlzələ nəticəsində ölənlərin sayı 6-ya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya çatıb.

NOCOMMENT xəbər verir ki, Filippinin cənubundakı Burias bölgəsində dünən baş verən 6,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 6-ya yüksəlib.

Sinxua agentliyinin məlumatına görə, Filippinin təbii fəlakət agentliyi zəlzələdə ölənlərin sayının 6-ya yüksəldiyini, 2 nəfərin itkin düşdüyünü bildirib.

Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının direktoru Edqardo Posadas zəlzələdən zərər çəkmiş bölgələrdə ən azı 450 nəfərin tibbi yardıma ehtiyacı olduğunu bildirib.