Zəlzələ olsa, hansı binalarımız tab gətirə bilməyəcək? – Siyahı AÇIQLANDIbackend

Zəlzələ olsa, hansı binalarımız tab gətirə bilməyəcək? – Siyahı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə qonşu ölkələrdə baş verən güclü zəlzələlər Azərbaycanda çoxmərtəbəli binaların seysmik davamlılığı və yaşayış təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirib. İnsanlarda bu binaların neçə bal gücündə zəlzələlərə tab gətirə biləcəyi, həmçinin indiki evlərin keyfiyyəti ilə bağlı narahatlıqlar artıb.

Ölkəmizdə tikinti standartları necədir və mövcud binalar zəlzələlərə qarşı nə qədər dayanıqlıdır?

NOCOMMENT.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, SSRİ dövründə layihə institutları tərəfindən hazırlanmış çoxmərtəbəli binaların layihələri 9 ballıq zəlzələlərə davamlılıq nəzərə alınmaqla hazırlanıb:

Ekspertin sözlərinə görə, müstəqillik dövründə inşa edilmiş çoxmərtəbəli binalar da konstruksiya hesabatlarında 9 ballıq zəlzələyə davamlılıq şərti əsasında tikilib:

“Bu baxımdan, ölkəmizdə həm sovet, həm də müasir dövrdə inşa olunmuş bütün çoxmərtəbəli binalar zəlzələlərə qarşı 9 ballıq davamlılıq səviyyəsi ilə layihələndirilib və tikilib”.

Elnur Azadov qeyd edib ki, Azərbaycanda tikilən bir çox binalar məhz sovet dövründə layihə institutları tərəfindən hazırlanıb və əsas yaşayış fondu məhz həmin binalardan ibarətdir:

“Kütləvi inşaat işləri İkinci dünya müharibəsindən sonra, xüsusilə 1950-ci illərdən başlayaraq Sovet hakimiyyəti dövrü dağılana qədər davam edib. 1991-ci ilə qədər müxtəlif layihə institutlarının hazırladığı doqquz mərtəbəli, beş mərtəbəli və digər tipli binalar inşa olunub. Bu layihələr arasında “Xruşov layihəsi”, “İnqilab layihəsi”, “Taşkent” və “Minsk” layihələri kimi məşhur adlar var. Hər bir layihənin öz kodu və adlandırılması mövcuddur, həmçinin layihəni hazırlayan institutun yerləşdiyi şəhərin adı ilə də tanınır”.

Müsahibimiz əlavə edib ki, Sovet dövründə binaların seysmik davamlılığı diqqətlə nəzərə alınıb və hər bir layihə ölkənin seysmik zonalarına uyğun hazırlanıb, icra olunub:

“Bu səbəbdən Sovet dövründə baş vermiş zəlzələlərə baxmayaraq, həmin binalar əsasən təhlükəsizliyini qoruyub. 1991-ci ildə müstəqillik əldə olunandan sonra ölkədə kütləvi mənzil tikintisi 2000-ci illərin əvvəllərində yenidən başlanıb. Bu dövrdə fərdi layihələr də icra olunub, lakin hamısı dövlət nəzarəti altında həyata keçirilib və istismara qəbul olunub. Hazırda ölkədə istismara qəbul olunmamış təxminən 70 bina mövcuddur. Bu binalar müəyyən tələblərə cavab vermədiyindən istifadəyə verilmir”.

E.Azadov vurğulayıb ki, 2006-cı ildən etibarən Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyi fəaliyyət göstərir və ölkədə tikilən bütün binaların inşaat prosesini yoxlayır, istismara qəbul mərhələsində iştirak edir:

“Hər hansı risk aşkar edilərsə, bina dövlət tərəfindən istifadəyə verilmir. 2012-ci ildən sonra tikinti sahəsində nəzarət mexanizmləri və standartlar daha da sərtləşdirilib”.

Müsahibimizin sözlərinə görə, 2006-cı ildən sonra inşa edilən və istismara qəbul olunan binalarda yaşayış riski demək olar ki, yoxdur:

“Hazırda yaşayış riski daha çox sovet dövründə tikilmiş və istismara qəbul olunmamış 70-ə yaxın binada mövcuddur. Ümumilikdə isə sovet dövründə tikilmiş təxminən 16 min bina var ki, onların bir qismi qismən riskli hesab edilir. Bu binalardan 1100-ü qəzalı və ya qismən qəzalı kimi qeydiyyata alınıb. Xüsusi yaradılmış komissiya tərəfindən 193 bina daha yüksək riskli sayılır və onların sökülməsi, eləcə də yenidən qurulması üçün təcili qərarların qəbul olunması gözlənilir. Hazırda həmin işlər davam etdirilir”.