Zəlzələdən 138 saat sonra dağıntılar altından möcüzəvi xilas xəbərləribackend

Zəlzələdən 138 saat sonra dağıntılar altından möcüzəvi xilas xəbərləri 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraş mərkəzli baş verən iki zəlzələdən sonra aramsız axtarış-xilasetmə işlərindən ümidverici xəbərlər gəlməyə davam edir.

NOCOMMENT.az xəbər verir ki, 55 yaşlı şəxs 4 mərtəbəli Ebru mənzilinin dağıntıları altından 138 saat sonra sağ-salamat xilas edilib.

Eyni zamanda Adıyamandan daha bir şad xəbər gəldi. Adıyamanda dağıntılar altında qalan 17 yaşlı yeniyetmə 138 saatdan sonra xilas edilib.

Kahramanmaraş mərkəzli zəlzələlər zamanı Hatayın Kuyulu rayonunda binanın dağıntıları altında qalan 51 yaşlı Emine Doğu 137-ci saatda xilas edilib.

Əminə Doğunun 17 yaşlı oğlu Bəkir də 136-cı saatda eyni dağıntılar altından xilas edilərək xəstəxanaya çatdırılıb.

Hatayda çökən 5 mərtəbəli binanın dağıntıları altında qalan 54 yaşlı Sultan Əl Məhəmməd 10 metrlik çökmədən 137 saat sonra diri-diri çıxarılıb.

NOCOMMENT.AZ