Zəlzələdən qorunma: Seysmik izolyatorbackend

Zəlzələdən qorunma: Seysmik izolyator

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələdən sonra gündəmə gələn mühüm məsələlərdən biri də seysmik izolyator olub.

NOCOMMENT xəbər verir ki, zəlzələnin şiddətini azaldan bu mexanizm sayəsində Adıyaman, Qaziantep, Adana və Malatyadakı şəhər xəstəxanaları ayaqda qaldı.

Bu inkişafdan sonra bir çox insan seysmik izolyatorlarla tikilmiş evləri və məktəbləri axtarmağa başladı. Zəlzələnin intensivliyini xeyli azaldan sistemin qiyməti də maraq doğururdu. Fəlakətlərin İdarə Edilməsi İnstitutunun İnşaat Mühəndisliyi fakültəsinin müəllimi Fatih Sütçü seysmik izolyatorlar haqqında danışıb.

Zəlzələnin binaya daxil olmasının qarşısını alan sistem binanın altına zəlzələdən təcrid edən dayaqlar yerləşdirirlər. Yəni bu sistem zəlzələ ilə struktur arasındakı birbaşa əlaqəni kəsir. Yəni zəlzələnin yaratdığı yer hərəkətinin idarəli şəkildə binaya ötürülməsini təmin edir.