Bu gün baş verən güclü zəlzələdən sonra Xırdalan şəhərində marketlərin birinə ziyan dəyib.
NOCOMMENT.az Baku.ws-ə istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı marketin tavanı uçub və məhsulların üzərinə tökülüb.
Xatırladaq ki, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.