Zəlzələlər çaxnaşma yaratdı: Sıra Aralıq dənizi və Balkanlardadırbackend

Zəlzələlər çaxnaşma yaratdı: Sıra Aralıq dənizi və Balkanlardadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən iki güclü zəlzələ ada ölkəsi Maltada çaxnaşmaya səbəb olub.

NOCOMMENT xəbər verir ki, Aralıq dənizinin mərkəzində yerləşən və arxipelaqlardan ibarət olan Maltada “fit” qəzeti Türkiyədə baş verən zəlzələlərin enerjisinin Balkanlara və Aralıq dənizinə dəyəcəyi ilə bağlı ictimaiyyət arasında söz-söhbətə səbəb olub.

Ötən həftə Maltada WhatsApp və müxtəlif sosial media şəbəkələrində geniş şəkildə paylaşılan bəzi yazılarda Türkiyəni vuran zəlzələnin enerjisinin hərəkətdə olduğu və Maltanı da vuracağı ehtimal edilirdi. İlk dəfə ABŞ-da yerləşən “The Watchmen’s Earth and Space Connection” adlı Facebook səhifəsi tərəfindən paylaşılan bu yazıların bazar ertəsi yüzlərlə insan tərəfindən paylaşılması ölkədə zəlzələ olacağı ilə bağlı narahatlıqlara səbəb olub.