Zəlzələni fürsətə çevirənlərə ağır cəzalar veriləcəkbackend

Zəlzələni fürsətə çevirənlərə ağır cəzalar veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə naziri Bəkir Bozdağ zəlzələ fürsətçilərinə reaksiya göstərərək, “Ağır cəzalar nəzərdə tutan tənzimləmələr edəcəyik. Hazırkı cəza məcəlləmiz kafi deyil. Prezidentə təqdim etdikdən sonra bu məsələni TBMM-in gündəliyinə gətirəcəyik” dedi.

NOCOMMENT xəbər verir ki, ədliyyə naziri Bəkir Bozdağ Diyarbəkir Təhlükəsizlik və Fövqəladə Koordinasiya Mərkəzində açıqlamalar verib.

Zəlzələ nəticəsində dağılmış bütün tikililərlə bağlı Baş Prokurorluğumuz tərəfindən vəzifəli şəkildə məhkəmə araşdırmalarına başlanılıb və cinayət işi açılıb.

İndiyədək prokurorluq orqanları ilə birlikdə 7598 fərdi yaşayış binasında ekspertizalar aparılaraq sübutlar müəyyən edilib. Bu məzmunda araşdırmalar davam etdirilir.