Zəlzələnin 296-cı saatında möcüzə: 3 nəfər xilas edildibackend

Zəlzələnin 296-cı saatında möcüzə: 3 nəfər xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən zəlzələdən 296 saat sonra 3 nəfər xilas edilib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Biri azyaşlı olmaqla üç nəfərin Hatay bölgəsində dağıntılar altından çıxarıldığı bildirilir.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 40 minə yaxın insan dünyasını dəyişib.