Zəlzələnin simvollarından olan Sərvər Bəşirliyə avtomobil hədiyyə edilib.backend

Zəlzələnin simvollarından olan Sərvər Bəşirliyə avtomobil hədiyyə edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda 10 vilayətdə dağıntılara səbəb olan zəlzələlərdən sonra Azərbaycanda kənd camaatından topladığı yorğanları köhnə maşınının damına, Türkiyə və Azərbaycan bayraqlarının dalğalandığı yerə yükləyən Sərvər Bəşirlinin fotoşəkili diqqət mərkəzinə düşüb.

NOCOMMENT xəbər verir ki, zəlzələdən sonra Türkiyəyə gələn Bəşirliyə xeyriyyəçi iş adamı avtomobil hədiyyə edib.

Türkiyədə baş verən zəlzələdən sonra qardaş ölkə Azərbaycan yaralarını sağaltmaq üçün əlini uzatan ilk ölkələrdən biri olub.

33 yaşlı Sərvər Bəşirli kəndlilərdən topladığı yorğanları Türkiyə və Azərbaycan bayraqlarının dalğalandığı köhnə maşınının damına yükləyib Bakıya gedib. Yorğanları Türkiyəyə çatdırmaq istəyərkən fotosu çəkilən Sərver Bəşirli zəlzələnin simvoluna çevrilib.