Zəncilər və LGTB nümayəndələrinin iştirak etmədiyi filmlər “Oskar”a düşməyəcəkbackend

Zəncilər və LGTB nümayəndələrinin iştirak etmədiyi filmlər “Oskar”a düşməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildən etibarən “Oskar” mükafatının “Ən yaxşı” film nominasiyasına namizəd olan filmlərin seçimində yeni qaydalar tətbiq ediləcək.

NOCOMMENT.az xəbər verir ki, yeni qaydalar, həmçinin filmlərin istehsalı və təbliği, təhsil və təcrübə alınmasına da təsir göstərəcək. Amerika Kinoakademiyasının irəli sürdüyü yeni standartlar təşkilatın saytında yerləşdirilib.

İlin ən yaxşı filmi adına namizəd olmaq istəyən filmlər akademiyanın təqdim etdiyi dörd kriteriyadan ən azı ikisinə cavab verməlidir. Əsas meyar baş və ya ikinci dərəcli rol ifaçılarından birinin mütləq şəkildə irqi və ya etnik azlıq nümayəndəsi olmasıdır. Əgər bu şərti yerinə yetirmək mümükün deyilsə, onda truppanın ən azı üçdə bir hissəsini qadınlar, irqi, enik azlıq üzvləri, LGTB və ya fiziki cəhətdən qüsurlu insanlar təşkil etməlidir.

Analoji tələblər yaradıcı və texniki heyətə də aid ediləcək. Bura rejissorlar, ssenaristlər, bəstəkarlar, kostyum üzrə rəssamlar, qrimçilər, redaktorlar, prodüserlər və digərləri daxildir. Qaydalar həmçinin, marketoloqlara, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər və kinoprokatçılara da aid ediləcək. Dördüncü tələb isə adıçəkilən qrup üzvlərinin stajçı və təcrübəçi kimi filmin istehsalına cəlb edilməsidir.

Akademiya yeni standartların ekranda və ekran arxasında müxtəlif insanların ədalətli şəkildə yer tutmasına və bununla da bütün tamaşaçı təbəqəsinin tələbatını ödəməyə xidmət etdiyini bildirib. Yeni standartlar, həmçinin bu qrup insanların və qadınların sıxışdırılmasına qarşı mübarizəyə yönəlib.

Modern.az