Zəngəzur bu tarixdə Azərbaycana qaytarılacaq?backend

Zəngəzur bu tarixdə Azərbaycana qaytarılacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdan sonra Zəngəzur da Azərbaycanın nəzarətinə keçəcək.

NOCOMMENT.az xəbər verir ki, bu iddia ilə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan çıxış edib.

Baqratyan iddia edir ki, Zəngəzuru Azərbaycana Nikol Paşinyan təhvil verəcək.

“Paşinyan yeni seçki keçirmək niyyətindədir. Seçkidən sonra deyəcək ki, xalq məni seçib və istəyirlər ki, Süniki (Zəngəzur-red) təhvil verək. Qarabağ məsələsini Rusiyanın üzərinə yıxdığı kimi, Sünik məsələsini də seçicilərin üzərinə yıxacaq”, – Baqratyan bildirib.

Zəngəzur məsələsi Ermənistanın daxili siyasi seqmentində qarşılıqlı ittiham mövzularından birinə çevrilib. Baqratyanın fikirləri də Paşinyanı tənqid etmək məqsədi daşıyır. Hərçənd, burada tarixi torpaqlarımız olan Zəngəzurun azad edilməsi perspektivinin erməniləri qorxuya saldığı da aydın görünür.(Publika)