Zəngəzur dəhlizi üçün tarixi şans yarandıbackend

Zəngəzur dəhlizi üçün tarixi şans yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Ukraynada strateji, taktiki və operativ planda məğlub olub.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli deyib.

Onun sözlərinə görə, Putin Ukraynanı qısa zamanda məğlub edəcəyini düşünürdü, amma savaş sayəsində Rusiya təcrid olunan ölkəyə çevrilib:

“Rusiya uduzdu. Onlar müharibəni strateji, operativ və taktiki planda uduzublar. Buna görə Rusiya döyüş meydanında ağır dəyər ödəyəcək”.

Daha bir amerikalı general, ABŞ-ın Əfqanıstandakı qoşunlarının keçmiş komandanı Devid Petreus da oxşar fikirləri bölüşüb.

Maraqlı məqam isə Rusiyanın Avropadakı dayaqlarının yavaş-yavaş sıradan çıxmağa başlamasıdır. Moskvanın böyük hücumuna qarşı aktiv hazırlığa başlayan Qərb digər tərəfdən Rusiyanın təsir agentlərini də azaltmağa çalışır. Belə ki, Rusiyanın təsir imkanlarının güclü olduğu İtaliyada Prezident Vladimir Putinin dostu sayılan keçmiş baş nazir Silvio Berluskoni rəsmən Kremlin sahibindən imtina edib. Ukraynaya dəstək verən Berluskoni müharibənin diplomatik qərarla bitməli olduğunu deyib.

Hücum ərəfəsində Avropa Birliyi də Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edəcəyini deyib ki, bu paketin də detalları ortaya çıxıb. “Blomberq” agentliyinin yaydığı məlumatda Brüsselin tətbiq edəcəyi sanksiyaların təkcə 3 banka (“Alfabank”, “Tinkof Bank”və “Rosbank”) aid olmayacağını bildirib. Sanksiyalar siyahısına Rusiya hərbçilərinin istifadə etdiyi məhsullara geniş məhdudiyyətin tətbiqi, Rusiya vasitəsilə tranzit qadağası və s. məsələlər daxil ediləcək.

Qeyd edək ki, Rusiyadan məhsulların tranzitinin dayandırılması ilə bağlı hələlik detallı məlumat verilmir. Bunun belə tranzit məhdudiyyətinin təkcə dəmiryolu və quru yolu ilə yox, eləcə də dəniz yoluna aid ediləcəyi güman edilir. Bu isə öz növbəsində Zəngəzur dəhlizi ilə bağlı yekun qərarın verilməsini zəruri edəcək. Ermənistan tərəfinin son zamanlar Türkiyə ilə danışıqlar məsələsində aktivliyi də dəhlizlə bağlı ehtimalları gücləndirir.