Zəngəzur dəmir yolunda gömrük postu olacaq? – Qriqoryanbackend

Zəngəzur dəmir yolunda gömrük postu olacaq? – Qriqoryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsində nəzarət məsələsi müzakirə edilmir. Dəmir yolu sərhəd və gömrük qaydaları ilə fəaliyyət göstərəcək.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

O bildirib ki, Arazdəyən-Horadiz dəmir yolunun uzunluğu 340 km-dir, bunun 45 km-i Ermənistan ərazisinə düşür.

Onun sözlərinə görə, tikinti işləri ilə bağlı konkret vaxt demək mümkün deyil, ancaq hər iki tərəf ən qısa müddətdə sazişi razılaşdırıb, dərhal işə başlamaq ovqatındadır.
axar.az