Zəngəzurda Rusiya hərbi bazasının iki dayaq nöqtəsi yaradıldıbackend

Zəngəzurda Rusiya hərbi bazasının iki dayaq nöqtəsi yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın cənubundakı Azərbaycan və İranla həmsərhəd olan Sünik bölgəsində (Zəngəzur)102-ci Rusiya hərbi bazasının iki dayaq nöqtəsi yaradılıb.

NOCOMMENT qafqazinfo-ya istiandən xəbər verir ki, bu barədə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan parlament iclasında çıxış edərkən məlumat verib.

“Sünik bölgəsində 102-ci Rusiya hərbi bazasının iki dayaq nöqtəsi yaradılıb. Bu, yalnız Sünik bölgəsinin deyil, Ermənistanın da təhlükəsizliyini təmin etmək üçün əlavə bir zəmanətdir”, – deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, aprel ayında Paşinyan Ermənistan və Rusiyanın 102-ci Rusiya hərbi bazasının Sünik bölgəsində dayaq nöqtəsi yaratmaq imkanlarını müzakirə etdiklərini açıqlamışdı. O, həmçinin Ermənistan-Rusiya hərbi ittifaqının Ermənistanın xarici təhlükəsizliyinin təminatının əsasını təşkil etdiyini söyləmişdi.