Zəngəzurda sərhədlərin delimitasiyası üzrə danışıqlar başlayırbackend

Zəngəzurda sərhədlərin delimitasiyası üzrə danışıqlar başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı və İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışıqlara başlayırlar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ölkə parlamentində deputatların suallarını cavablandırarkən bildirib.

“Yeni sərhədlərdə müvəqqəti sərhədçi mövqelərinin quraşdırılması, demək olar ki, başa çatıb. Hazırda bizim sərhədçilər rusiyalı həmkarları ilə birlikdə mövqelərdə keşik çəkirlər. Gorus və Qafan yolu ilə hərəkət tam təhlükəsizdir – orada indiyə qədər heç bir hadisə baş verməyib.

Biz artıq sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlara başlayırıq. Hökumət müxtəlif qurumlarla məsləhətləşmələr aparıb və bizim mövqeyimiz nəzərə alınıb. Son nəticədə Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik hökm sürəcək. Lakin proses hələ çox uzun çəkəcək”, – deyə T.Avinyan bildirib.