KoronaVirus İnformasiya Portalı
Zəngilanda ağac əkini – FOTObackend

Zəngilanda ağac əkini – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad olunmuş Füzuli və Zəngilanda ağacəkmə aksiyaları keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova sosial şəbəkədə yazıb:

“Əkilən ağaclar təbii şəraitə uyğun və yerli ağac cinslərindən olub, yəni füsünkar Qarabağ bölgəsinin relyefinə və iqliminə uyğun Şərq çinarları əkilib, yerli palıd cinsindən olan toxumlar səpilib.

Sosial şəbəkədə və bəzi saytlarda Qarabağda ağac əkilməsini yayımlayarkən yanlışlıqla Abşeronda və digər ərazilərdəki ağacəkmə aksiyalarında şam və sərv ağaclarının əkini olan fotolar yerləşdirilib. Bu da haqlı olaraq izləyicilərin narazılığına səbəb olub. Şəkilə görə şərh verilib ki, niyə şam və ya sərv ağacları əkilib? Əslində isə belə deyil, Zəngilan və Füzuli rayonlarının ərazisində Şərq çinarları əkilib. Bu cür kampaniyalar Qarabağın digər ərazilərində də davam edəcək”.