Zəngilanda ağaclıq ərazidəki yanğın söndürülüb – VİDEObackend

Zəngilanda ağaclıq ərazidəki yanğın söndürülüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Nazirlikdən -ə bildirilib ki, yanğın nəticəsində, ilkin məlumata əsasən, təxminən 60 hektara yaxın sahədə kol-kos, quru ot və seyrək ağaclıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak edib.