Zəngilandakı evlərini tapan jurnalist göz yaşlarını saxlaya bilmədi – VİDEObackend

Zəngilandakı evlərini tapan jurnalist göz yaşlarını saxlaya bilmədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV telekanalının əməkdaşı Vüsal Qurbanov doğulduğu, işğaldan azad edilmiş Zəngilan şəhərində olub.

NOCOMMENT xəbər verir ki, o 27 ildir həsrətini çəkdiyi və 6 yaşında məcburi olaraq çıxarıldığı dədə-baba yurdunda öz evlərini tapıb.

Atasının öz əli ilə tikdiyi evin həyətində çəkiliş edən zaman Vüsal Qurbanov qəhərlənib və bu sözləri deyib: “Gözün aydın olsun, ata! Ruhun şad olsun, ana! 27 ildir həsrətində olduğunuz evimizdəyəm, Zəngilanda. Bizim həyətimizdə”.