Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaqbackend

Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Zəngilan rayonunda birinci özəl investisiya layihəsinin də təməlini qoyduq. Bu investisiya layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa, yenidənqurma işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik. Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq“, – deyə dövlət başçısı vurğulayıb.