Zərdab İcra Hakimiyyəti: Heç bir əməliyyat keçirilməyib, memar iş başındadır backend

Zərdab İcra Hakimiyyəti: Heç bir əməliyyat keçirilməyib, memar iş başındadır 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.

NOCOMMENT xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan S.Əhmədovun ifadəsi alınaraq sərbəst buraxılıb.

“Zərdab Rayon İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməmiş və baş memar hazırda iş başındadır”, – deyə İcra Hakimiyyətinin mətbuat xidməti bildirib.