Zərdab İcra Hakimiyyətinin şöbə müdiri sərbəst buraxıldı – YENİLƏNİBbackend

Zərdab İcra Hakimiyyətinin şöbə müdiri sərbəst buraxıldı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Avropa.info-ya istinadən xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu sərbəst buraxılıb.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan S.Əhmədovun ifadəsi alınaraq sərbəst buraxılıb.

00:06

Təqribən 2 saat öncə Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, yerli sakinlərin Avropa.info-ya verdiyi məlumata görə, Əhmədov Sahid Bakıdan gedən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub.

Əhmədov Sahidlə yanaşı bir icra nümayəndəsi və bir bələdiyyə sədrinin də saxlanıldığı qeyd olunur.