Xanəndə qəza törətdi: oğlu və atası öldü – xəsarət alanların son vəziyyəti / FOTOLARbackend

Xanəndə qəza törətdi: oğlu və atası öldü – xəsarət alanların son vəziyyəti / FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

:09.12.2025-ci il tarixində saat 10:20 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər (2 qadın, 5 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə NOCOMMENT.az -a Zərdab Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

2016-cı il və 2017-ci il təvəllüdlü azyaşlıların (hər ikisi kişi) vəziyyətləri stabil qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü (kişi) azyaşlıya göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:50 adələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı 1966-cı il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

***14:20

Zərdabda baş verən qəza nəticəsində 7-nəfər xəstəxanaya hospitalzasiya olunub.

Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a məlumat verilib.

Məlumatda bildirilib ki, Məmmədov İntiqam Qnyaz oğlu 03.28.1966 hadisə yerində ölüb.

“Məmmədli Tunar Məftun oğlu 03.07.2023 Ağır kəllə beyin travması beyindaxili qanaxma ölüb.

Məmmədova Sona Tehmir qızı 05.02.1995.Sol körpücük sümüyünün sınığı,sol tərəfli qabırğaların çoxsaylı sınığı.

Məmmədova Raya Sərkər qızı 03.05.1969 Sol tərəfli 1-ci əl sümüyünün sınığı.

Məmmədov Məftun İntiqam oğlu 25.02.1991 döş qəfəsinin travması qabirğaların sınığı.

Məmmədov Uğur Məftun oğlu 25.05.2017 səthi zədələnmə dəri sıyrığı.

Məmmədli İntiqam Məftun oğlu 22.06.2016 səthi zədələnmə dəri sıyrığı”.

***13:16

Zərdabda qəzada daha bir nəfər vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, sürücünün azyaşlı övladı Tunar Məmmədov dünyasını dəyişib.

Daha öncə isə, hadisə yerində sürücünün atası İntiqam Məmmədov vəfat edib.

***12:58

Zərdabda baş verən ağır qəzada ölən və xəsarət alanların adları məlum olub.

NOCOMMENT.AZ xəbər verir ki, onlar rayonun Bıçaqçı kənd sakinləri sürücü Məftun Məmmədov və sərnişinlər – sürücünün atası İntiqam Məmmədov anası Rəna Məmmədova və övladları Uğur, Tunar və İntiqam Məmmədovlardır.

Qeyd edək ki qəzaya düşənlər hamısı bir ailənin üzvləridir.

***12:02

Zərdabda avtomobil aşıb.

NOCOMMENT.AZ xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hazırda fakt araşdırılır.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü M.Məmmədov Muğam Müsabiqəsinin iştirakçısı olub və yarışmada 3-cü yeri tutub.

NOCOMMENT.AZ