Zərdüşt Əlizadə qardaşının ölümündən DANIŞDI: Mən də indi eşitdimbackend

Zərdüşt Əlizadə qardaşının ölümündən DANIŞDI: Mən də indi eşitdim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib.

Bu barədə onun yaxınları məlumat paylaşıb. Qeyd olunub ki, A.Əlizadə ötən gün onkoloji xəstəlikdən dünyasını dəyişib.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Araz Əlizadənin qardaşı Zərdüşt Əlizadə ilə əlaqə saxlanılıb.

Zərdüşt Əlizadə demokrat-a açıqlamasında bildirib ki, bununla bağlı xəbəri indi eşidib: “Mən də indi eşitdim. Uzunmüddət idi ki, onunla əlaqəm yox idi. Allah ölənlərinizə rəhmət etsin”.

Zərdüşt Əlizadə qardaşının dəfnində iştirak edib-etməyəcəyi ilə bağlı açıqlama vermək istəməyib.

Qeyd edək ki, hər iki siyasətçi illər idi ki, küsülü olublar.