Zərifə Əliyeva adına göz klinikasında qaziyə hörmət edilmədi – VİDEObackend

Zərifə Əliyeva adına göz klinikasında qaziyə hörmət edilmədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qaziyə münasibətlə bağlı narazılıq yaranıb.

NOCOMMENT.az xəbər verir ki, qazi pensiya müddətinin başa çatması ilə əlaqədar yenidən tibbi rəy almaq üçün rayondan Bakıya göndəriş alıb.

Bu barədə jurnalist Səidə Bəkirqiziya video müraciət göndərən qazı bunun üçün 11 saat yol qət edərək səhər saat 06:00 radələrində paytaxta çatdığını deyib.

Bildirilib ki, qazi xəstəxanada 3 saat gözləsə də, qəbul olunmayıb. Qazi olmasına baxmayaraq, növbədən kənar buraxılmayan şəxsə yalnız onlayn növbə əsasında müayinənin mümkün olduğu deyilib. Lakin sistemdə mövcud növbələrin ən tez tarixi 4 ay sonraya göstərilir.

Məsələnin həssas tərəfi ondadır ki, Qazi Rəsul başından əməliyyat olunub, başının 1/3 titandır, bir gözü görmür və o, epilepsiya xəstəsidir. Yenidən müayinədən keçmədiyi halda isə pensiya ödənişinin dayandırılması riski var. Bu isə ən azı 4 ay müddətində sosial təminatın kəsilməsi deməkdir.

Yaranmış vəziyyət qazinin narazılığına səbəb olub.

Qeyd edək ki, məlumat mediada işıqlandırıldıqdan sonra qazi növbədənkənar qəbul edilib.

Videonu təqdim edirik:

 

@seidebekirqizi_official Zərifə Əliyeva adına göz xəstəxanasında qaziyə niyə hörmətsizlik olunur? #viraltiktok #seidebekirqizi_official #zerifeeliyevagozxesdexanasi #qazi ♬ orijinal ses – seidebekirqizi

Sara

NOCOMMENT.az