Zərifə Salahova: Tahir Salahovun cənazəsi sabah Azərbaycana gətiriləcəkbackend

Zərifə Salahova: Tahir Salahovun cənazəsi sabah Azərbaycana gətiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada dünyasını dəyişən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun cənazəsi sabah Vətənə gətiriləcək.

NOCOMMENT xəbər verir ki, bunu report-a açıqlamasında mərhumun bacısı Zərifə Salahova deyib.

Onun sözlərinə görə, cənazə mayın 23-də AZAL-a məxsus təyyarə ilə Frankfurtdan Bakıya yola salınacaq.

Z.Salahova qeyd edib ki, T.Salahovun mayın 24-də Birinci Fəxri xiyabanda dəfn edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Xalq rəssamı mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib.