Zərurət yaranıbsa, “Xankəndində rus-erməni cinsi münasibətləri” mövzusunu seçinbackend

Zərurət yaranıbsa, “Xankəndində rus-erməni cinsi münasibətləri” mövzusunu seçin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçen xalqının qəlbində daimi abidəsi qurulan qəhrəman general Covhər Dudayevin şərəfinə İstanbuldan 120 km aralıda yerləşən Kocaeli vilayətinin Körfez şəhərinin rəhbərliyi tərəfindən park açılması Rusiya mətbuatında geniş müzakirələrə səbəb olub. Açılış tədbirində çeçen diasporu nümayəndələri də iştirak etmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hadisəyə münasibət bildirib: “Ekstremistlərə, terrorçulara və yaraqlılara hər cür abidənin ucaldılması ilə bağlı bizim prinsipial mövqeyimizi bilirsiniz. Bu mövqe dəyişməzdir, prinsipialdır və istənilən ölkəyə aiddir”.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Siyasi Elmlər Kafedrasının dosenti Dmitri Yejov da “Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi kifayət qədər haqlıdır”- deyə M.Zaxarovaya dəstək verib. Ümumilikdə Rusiya elitası Dudayevin xatirəsinin əbədiləşdirilməsi Türkiyənin Rusiyaya qarşı hörmətsiz münasibəti kimi dəyərləndirilib.

Rusiya tərəfindən səslənən bu bəyanatlara nə Türkiyə, nə Azərbaycan mətbuatında cavab verənə rast gəlmədim. Hadisənin hərbi sahə ilə bağlı olmasa da, qardaş Türkiyəyə qarşı ünvanlanması və cavabsız qalması məsələyə bir vətəndaş kimi münasibət bildirməyimə səbəb oldu.

Əslində Rusiya XİN-in ekstremistlər, terrorçular və yaraqlılar bağlı mövqeyi, Azərbaycanın və Türkiyənin rəsmi mövqeyi ilə üst üstə düşür. Amma maraqlıdır ki, Rusiya ekstremistlərə, terrorçulara və yaraqlılara qarşı sərgilədiyi münasibəti ilə real fəaliyyətləri arasında uçurum mövcuddur. Buna PKK-nın Moskvadakı ofisindən başlayaraq Qarabağ seperatçılarının İnterpol tərəfindən axtarışda olan rəhbəri, Gəncə qətliamını şəxsən etiraf edən Araiyik Arutunyanın Moskvaya rahat gedib gəlməsinə qədər bir çox faktlar aid edilə bilər.

Xanım Zaxarovaya bir sual da verə bilərik: “Nə üçün beynəlxalq qanunlara görə seperatizmin bariz nümunəsi olan, Azərbaycan və Türkiyənin qatı düşməni olan seperatçı rejim rəhbərləri və terrorçular Rusiyanın rəsmi şəxsləri ilə, həm də qondarma rejimin tetrisli əski parçası ilə şəkil çəkdirməli idilər? Niyə bi şəkillər Rusiya Müdafiə Nazirliyinin rəsmi səhifəsində dərc olunmalı idi?

Rusiyanın və ya Mariyanın mövqeyindən asılı olmayaraq, general Dudayev bu gün də dünyada çeçen xalqının azadlıq uğrunda mübarizəsinin simvolu kimi qəbul edilir. Bu danılmaz faktdır.
Maraqlıdır ki, Mariya xanım Latviyanın, Litvanın, Ukraynanın və Polşanın müxtəlif şəhərlərində Dudayevin adına küçələr, meydanlar və xiyabanların olmasını görməzdən gəlir. Türkiyə Rusiyanın müttəfiqi kimi qəbul edilməsi kontekstindən məsələyə yaxınlaşanda isə yeni suallar yaranır: 2015-ci ildə Rusiyanın Su-24M cəbhə bombardmançısının Suriya-Türkiyə sərhəddini keçdi və TSQ-nin F-16 qırıcısı tərəfindən məhv edildi. Kreml rəhbərliyi isə təyyarənin komandiri polkovnik-leytenant Oleq Peşkovu ölümündən sonra “Rusiya Federasiyası Qəhrəmanı” adı ilə təltif etdi. Bu məsələyə Türkiyə qarışmadı, çünki bu Rusiyanın daxili işi idi. Rusiya bu hadisələrə görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etsə də, nəticəsi olmadı. Sonradan Azərbayvan Prezidenti İ.Əliyev Rusiya-Türkiyə münasibətlərini normallaşdıra bildi. Belə bir vəziyyətdə M.Zaxarovanın verdiyi bəyanatın məqsədi, iki ölkə arasındakı normal münasibətləri pozmaqdan ibarət olduğunu görmək çətin deyil, çünki bu Dudayevin xatirəsinin Türkiyədə əbədiləşdirilməsinə aid ilk fakt deyil. Türkiyə Prezidenti R.T. Ərdoğan hələ İstanbulun bələdiyyə sədri statusunda olarkən şəhərdə Dudayev parkını şəxsən açılışını həyata keçirmişdi. Rusiya isə həmin hadisəyə münasibət bildirməmişdi. Odur ki, burada yeni və xüsusilə təəccübləcək hadisə mövcud deyil və M.Zaxarova bir neçə nəfəri ətrafında toplayaraq bu məsələnin şişirdilməsindən çəkimməlidir. Yaxşı olar ki, Mariya xanım qadağan olunmuş nüvə başlığı daşıya biləcək “İskəndər-M” taktiki raketlərinin erməni silahlılarına kim tərəfindən və niyə verilməsinə, yaxud da Laçın dəhlizinin girişindəki dirəkləri rus bayrağının rənglərinə boynmasına da münasibət bildirsin.

İstənilən halda Türkiyə ərazisində kimə heykəl və ya kimin adına park açılması, Ankaranın daxili işidir. Əgər Rusiya abidə və heykəllərin kimə aid olmasını araşdırmaq istəyirsə, ilk növbədə müvəqqəti yerləşdiyi Qarabağın Xocavənd rayonunda qoyulan faşist Njdenin abidəsinin götürülməsini təmin etsin.

Türkiyənin öz ərazisində istədiyi parkı aça da bilər, bağlaya bilər, bunun Rusiyaya, xüsusilə də M.Zaxarovaya və onun təmsil etdiyi quruma heç bir aidiyyəti yoxdur və ola da bilməz. Hadisəni Rusiyaya qarşı nifrətin təzahürü kimi qələmə vermək də mümkün deyil. Çünki, Rusiya-Türkiyə və Türkiyə-Azərbaycan münasibətləri fonunda, Xocalı aeroportunun ərazisində sülhməramlılarının rus əgərinə “erməni qız uşaqlarının xilaskarı” abidəsi və çox sayda rus ictimai xadimlərinə büst yerləşdirilməsi, məntiqcə daha çirkin fəaliyyətdir. Birincisi, rus əsgəri erməni uşğanı kimdən və nə zaman xilas edib? Mariya xanım, buna aid bir dənə sübutunuz varmı? Amma general Dudayevin çox sayda çeçen uşağını rus süngüsündən xilas etdiyini üçün tək Türkiyədə deyil, bütün dünyada özünə qəhrəman adı qazanıb. İkincisi, rus nə üçün Azərbaycan ərazisində öz əskərinə abidə qoymalıdır? Kaş ki, bu hadisə barədə heç danışmasaydınız. Azərbaycan torpaqlarında müvəqqəti yerləşən sülhməramlılar, cinsi orqanı səviyyəsində erməni qızla naməlum münasibəti xatırladan “xilaskar rus əsgəri”nə qoyulan abidəni və digər büstləri sökməlidirlər.

Rus əsgərlırinin Qarabağda erməni fahişələrlə əylənməsini göstərən çox sayda videolara baxmayan az adam tapılar. Yəqin M.Zaxarova da bunlara baxıb. Əgər Kremldə tarixi hadisələrə aid abidə qurmaq zərurəti yaranıbsa, o zaman “Xankəndində rus-erməni cinsi münasibətləri” mövzusunu seçin, bu münasibətlər hazırda daha aktualdır və baş verən hadisələri daha dolğun nümayiş etdirir. Abidəni isə ya Moskvada, ya da İrəvanda yerləşdiriin.

Ədalət Verdiyev, hərbi ekspert