Zəvvarların ilk qrupu Həccə yola düşübbackend

Zəvvarların ilk qrupu Həccə yola düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, ilk qrupu aparacaq təyyarə saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Himanından Ciddəyə uçub.

Qeyd edək ki, ilk qrupda 180 nəfər var.

Builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Azərbaycanda iyulun 9-10-da Qurban bayramı qeyd olunacaq. Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir.