Zeynal Nağdəliyevin fəaliyyəti Prezidentin əleyhinə yönəlibbackend

Zeynal Nağdəliyevin fəaliyyəti Prezidentin əleyhinə yönəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir neçə gün bundan əvvəl Daşkəsən rayonunun Xoşbulaq kəndinin zibilxanaya çevrilməsini əks etdirən fotoları yaydım. Aldığım məktublar insanı dəhşətə gətirir. Azərbaycanın cənnət guşələrindən biri, əvvəllər istirahət zonası kimi tanınan bir kənd həqiqətən zibilxanaya dönüb. Əvvəllər tək Daşkəsən, Gəncə yox, Rusiyada yaşayan insanlarımız da yayı Xoşbulaqda keçirərdilər, kənd camaatı yayın gəlməsini gözləyərdi ki, istirahətə gələnlərin hesabına özlərinin ehtiyaclarını təmin etsinlər. İndi isə həmin sahə ölü bir zonaya çevrilib.

NOCOMMENT.az-ın Pravda.az-a istindən xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevi və onun bacarığını bütün ölkə bildiyindən onun üzərində dayanmaq istəmirəm. Ancaq belə təsadüfi bir adamın fəaliyyətinə nəzarət edən, yönləndirən Prezident Administrasiyasının şöbəsi və onun Zeynal Nağdəliyev adlı bir müdiri var. Bu adam həm də Prezidentin köməkçisidir. Ancaq onun bugünkü fəaliyyəti, təkcə Daşkəsən rayonunda baş verənləri götürsək, birbaşa Azərbaycan Respublukası Prezidentinin əleyhinə yönəlib. Gəncə və ətraf rayonların necə mürəkkəb olduğunu və tarixdə baş verənləri nəzərdən keçirsək, bu gün Daşkəsəndə baş verənlər ancaq insanları ölkə rəhbərliyindən narazı salmağa yönəlib. Məktublardan onu da öyrəndim ki, əvvəllər Daşkəsən rayonunda zibil atılan sahə olub. Bir neçə il bundan əvvəl “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti həmin sahəni də öz mülkiyyətinə çevirdiyindən indi rayonda zibil atmağa yer yoxdur. Bütün dünyada qızıl istehsal edib milyonlar qazananlar həmin ərazilər üçün xeyriyyəçilik edib, insanlar üçün nə isə yaradırlar. Ancaq Azərbaycanda qızıl çıxardıb həmin rayonu da zibilxanaya çevirirlər. Zeynal Nağdəliyev uşağın atada, yaxud anada qalması məsələsi ilə məşğul olmasa Daşkəsən rayonuna da vaxt tapar” – A.İsmayılov qeyd edib.