Zeynəb Xanlarova ona sənətdə mane olub – Aktrisanın oğlundan ŞOK AÇIQLAMALARbackend

Zeynəb Xanlarova ona sənətdə mane olub – Aktrisanın oğlundan ŞOK AÇIQLAMALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ögey ana” filmində səslənən “Kəndimiz” mahnısını yəqin ki, hamı əzbərdən bilir. Bu mahnı bütün sənətçilərin repertuarında yer alıb və bu gün də sevilərək ifa olunur. Filmdə İsmayıl obrazının dilindən səslənən mahnını Məsumə Atamova ifa edib. Bir mahnı ilə məşhurlaşan bu xanımı təəssüf ki, atası sənətini davam etdirməyə qoymayıb. Sənətçi ötən il iyunun 7-də uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

NOCOMMENT xəbər verir ki, aktrisanın oğlu Nail Atamzadə anası ilə bağlı xatirələrini moderator.az ilə bölüşüb.

“Biz o vaxt “Beşmərtəbə” deyilən ərazidə, Mirzəağa Əliyev, 95 ünvanında yaşayırdıq. Qonşuluqda Rüxsarə adlı nağara ifaçısı var idi, o, qız toylarına gedirdi. Onlara bir çox müğənnilər, o cümlədən İlhamə Quliyeva, Nisə Qasımova, Firuzə İbadova və s. sənətçilər gəlib-gedirdi. Bilirdilər ki, anamın da sənətə, musiqiyə böyük həvəsi var. Anamla çox yaxın münasibətdə idilər. Çox təəssüflər olsun ki, atası onun bu sənətini davam etdirməyə icazə vermədi, xasiyyəti çox sərt idi, deyirdi ki, qadın nədir, müğənni olmaq nədir? Amma atam heç vaxt anamın müğənni olmasına qarşı çıxmayıb, çox müasir adam idi, ziyalı ailə idik. Bəstəkar Ələkbər Tağıyev çox istəyirdi ki, anam oxusun, sənətini davam etdirsin. O vaxt Ələkbər Tağıyevin mahnılarını daha çox Zeynəb Xanlarova ifa edirdi. Bəstəkarın həyat yoldaşının dediyinə görə, Ələkbər Tağıyevin anama olan diqqəti Zeynəb xanımın xoşuna gəlməyib. Hətta bir dəfə anam onlara gedəcəkdi, zəng edib deyib ki, Məsumə xanım, gəlməyin, Zeynəb xanım burada bir oyun çıxarır ki! Mənim nənəm baş həkim işləyirdi, həm də Zeynəb xanımın anasının həkimi olub. Zeynəb xanımın anası dünyasını dəyişəndə anam da nənəmlə ora gedib. Zeynəb Xanlarova mənim anama deyib ki, mən indiyə qədər bilməmişəm ki, siz kimin gəlinisiz, yoxsa sizə sənətdə mane olmazdım! Bu söhbətlərin hamısını mənə bəstəkarın həyat yoldaşı danışıb, mən o vaxt uşaq olmuşam. Anam müğənni olmasa da, hər zaman gözəl geyinib, hətta özünə səhnə geyimləri tikdirib, bahalı daş-qaş alıb saxlayıb, onlardan istifadə edib. Yadımdadır ki, indi məşhur olan bir çox müğənnilər anamın geyimlərini gəlib götürürdülər, boyunbağı dəstini alırdılar. Anamın da ürəyi geniş idi, çoxusuna şəxsi əşyalarını bağışlayırdı”, – deyə sənətçinin oğlu bildirib.

“Ögey ana” filmində “Kəndimiz” mahnısını başqa müğənnilərin ifa etməsi xəbərinə sənətçinin oğlu bu cür reaksiya verib: “Bu mahnı, ümumiyyətlə, yaranandan başıbəlalı olub. Bu da ondan irəli gəlib ki, çox məşhur mahnı olub və hamı oxumaq istəyib. O vaxt deyirdilər ki, “Kəndimiz” mahnısını filmdə Şövkət Ələkbərova, Sara Qədimova ifa edib. Bir dəfə də anamın adını çəkmirdilər. Hətta seçim turunda Şövkət xanım da, Sara xanım da olub və anamın bu ifasına əl çalıblar. Anam “Pionerlər evində” oxuduğu vaxtlarda məşhur bəstəkar Tofiq Quliyevin onun müəllimi Əfsər Cavanşirovdan uşaq səsi tapmağı xahiş etdiyini bildirib. Əfsər Cavanşirov isə anamın ən yaxşı seçim olduğunu deyib. Beləliklə, 7 yaşlı qızcığaz “Ögey ana” filmində “Kəndimiz” mahnısını ifa edib. Anam bu mahnını o vaxt Moskvada rus dilində də oxuyub. Lent yazıları son günlərə qədər evimizdə idi. Hətta bu faktı aktrisa Suğra Bağırzadə də təsdiqləyə bilər. Çünki bir dəfə efir vasitəsilə o anama salam göndərib, mahnının ilk ifaçısı kimi adını çəkmişdi”.