Zibil atmaq üçün binaların qarşısında konteynerlər olacaqbackend

Zibil atmaq üçün binaların qarşısında konteynerlər olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məişət tullantıları konteynerlərinin uzaq olması sui-istifadə hallarını artırır. Hesab edirik ki, blokların yanında konteyrnerlər yerləşdirilsə binanın həyətini tərk etməyə ehtiyac qalmayacaq. Bununla da zibil atmaq üçün sui-istifadə halları olmayacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.

İcra nümayəndəsinin sözlərinə görə, binanın həyətində olan konteynerə zibil atmağa düşən şəxs cərimələnməyəcək.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə qeyd edib ki, insanlar yalnız yaşadığı blokun yaxınlığındakı qablara zibil atmaq üçün evdən çıxa bilərlər:

“Blokdan kənara getmək olmaz. Bu ətraf blokların insanlarının da bura gəlməsi deməkdir. Maksimum iki gün ərzində nə qədər zibil yığıla bilər?! Sərt karantin müddəti bitəndən sonra onu tullamaq olar. Zibil adı ilə gəzməyə çıxmaq qəti qadağandır”- Kamran Əliyev əlavə edib.