NATO Rusiya sərhədlərinə yaxınlaşmaq istiqamətində aqressiv kursunu davam etdirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkili Oleq Zıkov “İzvestiya”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, blokun son hərəkətləri göstərir ki, alyansın rəhbərliyindəki dəyişikliklər NATO-nun siyasətinə heç bir təsir göstərmir və onun infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması üçün aqressiv kurs planlı şəkildə həyata keçirilməkdə davam edir.
“Heç kimə sirr deyil ki, Şimali Atlantika Alyansının siyasəti tamamilə Vaşinqtonun ekspansionist xəttinə tabedir, bu, bəzən bizə göründüyü kimi, sadə məntiqə söykənir – Rusiya üçün nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır”, – deyə Zıkov bildirib.
Diplomat vurğulayıb ki, Rusiyada hər kəsə aydındır ki, alyansa Moskva ilə düşmənçiliyin ən qızğın tərəfdarlarından biri rəhbərlik edərsə, bu, Avropaya sülh gətirməyəcək.