Zimbabveyə minlərlə ton buğda və gübrə verilibbackend

Zimbabveyə minlərlə ton buğda və gübrə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Zimbabveyə 25 min ton buğda və 23 min ton mineral gübrə verib.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın Hararedəki səfiri Nikolay Krasilnikov bildirib.

“Aspindale anbarına 25 min ton buğda təhvil verilib… Bu, Vision 2030 proqramının bir hissəsi kimi Zimbabvenin gələcək davamlı sosial-iqtisadi inkişafına töhfə vermək üçün edilib”, – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə elan etdiyi təşəbbüsün həyata keçirilməsi çərçivəsində Zimbabveyə kalium və kompleks gübrələr də daxil olmaqla, həcmi 23 min ton olan gübrə partiyası gətirilib.