Ziniçevin ölümü və Putinin özünütəcridi – Arkovdan şokbackend

Ziniçevin ölümü və Putinin özünütəcridi – Arkovdan şok

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevgeni Ziniçevin müəmmalı şəkildə ölümü və Vladimir Putinin qəfil özünütəcrid etməsi Kremlin “B planı” nı işə salması barədə düşünməyə sövq edir.

NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.

“Rusiyanın bir sıra güc struklarında sızan məlumatlara inansaq, FHN rəhbəri, ordu generalı Yevgeni Ziniçevin faciəvi ölümündən sonra Rusiya Federasiyasının rəhbər heyətinin mühafizəsi gücləndirilib. Məlum səbəblər üzündən bu informasiyanı yoxlamaq mümkün deyil”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiya Prezidentinin ətrafında kimsə koronavirus xəstəsi ola bilməz: “Çünki onun ətrafında olan hər kəs bəlkə 10 dəfə vaksinasiya olunub və 1000 dəfə yoxlanılıb. Vladimir Vladimiroviçin təcili təcrid olunmasından belə başa düşmək olar ki, o, ya Ziniçevin dəfnində korona daşıyıcısı ilə təmasda olub, ya da bir müddətlik ortalıqda olmamalı idi”.