Ziyəddin Əliyevə qarşı DAHA BİR ETİRAZ: Narazı sakinlər yolu bağladıbackend

Ziyəddin Əliyevə qarşı DAHA BİR ETİRAZ: Narazı sakinlər yolu bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada bir qrup sakin Bakı-Quba magistral yolunu bağlayıb. Etiraz əlaməti olaraq yolu bağlayanlar İdrisqışlaq kəndinin sakinləridir.

NOCOMMENT.az Jamaz.info-ya istinadla xəbər verir ki, onların etirazlarına səbəb kəndin bir hissəsində yerləşən evlərəqazın verilməsi, digəri hissəsindəkilərə isə verilməməsidir. Belə ki, İdrisqışlaq kəndinin Şabran rayonu ərazisinə düşən hissəyə qaz verilsə də, Qubaya aid olan hissəyə verilmir.

Qeyd edilir ki, sakinlər bununla bağlı dəfələrlə şikayət etsələr də, baxan olmayıb. Onların səbr kasasını daşıran isə Qubanın icra başçısı Ziyəddin Əliyevə məxsus olduğu bildirilən istirahət mərkəzinə qaz xəttinin çəkilməsidir. O istirahət mərkəzi ki, İdrisqışlaq kəndinin düz girəcəyində yerləşir.

Əldə etdiyimiz məlumata görə, camaatın yolu kəsməsindən xəbər tutan Qubanın icra başçısı onları sakitləşdirmək göstərişi verib.