Zod yatağına görə Vardanesdə həyat dondubackend

Zod yatağına görə Vardanesdə həyat dondu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Zod (Söyüdlü) qızıl yatağı ilə bağlı danışıqlar nəticə verməsə, 24 kənd və Vardenis şəhəri ağır vəziyyətə düşəcək.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

“Mədənin 800 işçisi məlum insidentdən sonra işə çıxmır. Erməni rəhbərliyi əhalini təhlükəsizliklə əlaqədar işə çıxmamağa səsləyib. Onlara azərbaycanlılarla danışıqlar aparıldığı deyilib. Əməkdaşlara bildirilib ki, yatağın 30%-i ermənilərdə, qalan hissəsi isə Azərbaycanın nəzarətindədir”, – deyə qəzet bildirib.

Qeyd edək ki, Zod (Söyüdlü) yatağı, sovet dövründəki sərhədlərə uyğun olaraq, 74 faiz Azərbaycanın ərazisinə düşür və hazırda da Ordumuz bu hissəni nəzarətə götürüb.