Zöhrabyan parlamentdəki vəzifəsindən məhrum edildibackend

Zöhrabyan parlamentdəki vəzifəsindən məhrum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin növbədənkənar iclasında hakim Mənim Addımım bloku Çiçəklənən Ermənistan fraksiyasının deputatı Naira Zöhrabyanın insan haqları və ictimai məsələlər daimi komissiyasının sədri vəzifəsindən azad edilməsi məsələsinə baxıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, erməni deputatlar təşəbbüsü səs çoxluğu dəstəkləyiblər: 78 deputat qərarın lehinə, 4-ü əleyhinə səs verib, 2 bülleten isə etibarsız hesab edilib.

Qeyd edək ki, Parlaq Ermənistan və Çiçəklənən Ermənistan fraksiyaları, o cümlədən Naira Zöhrabyanın özü parlamentin fövqəladə iclasını boykot ediblər.