Zöhrabyandan şok iddia: Yaxın vaxtlarda Araik…backend

Zöhrabyandan şok iddia: Yaxın vaxtlarda Araik…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçıların keçmiş müdafiə naziri general Mikayıl Arzumanyanla başlayan həbs dalğası davam edəcək.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyanın açıqlamasında bildirilib.

Onun iddiasına görə, Arzumanyandan sonra onun “eks-həmkarı” Cəlal Arutyunyan və Ermənistan ordusunun sabiq baş qərargah rəisi Onik Qasparyan da həbs ediləcək.

Zöhrabyan separatçı generalın Baş nazir Nikol Paşinyanın sifarişi ilə həbs edildiyini deyib: “İstisna etmirəm ki, Araik Arutyunyan da yaxın vaxtlarda həbs olunacaq”.

Dünən həbs edilmiş Mikayıl Arzumanyan “xidməti vəzifəyə səhlənkar münasibətdə” və “ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda” ittiham edilir. O, Xankəndidən İrəvana gedərkən saxlanılıb.