ZOOM proqramı bütün dünyada təhlükə yaymağa davam edir – XƏBƏRDARLIQbackend

ZOOM proqramı bütün dünyada təhlükə yaymağa davam edir – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusla əlaqədar olaraq evlərindən çıxa bilməyən insanların və dərsləri təxirə salınan müəllimlərin köməyinə gələn “ZOOM” proqramı eyni anda çox sayda adamın görüntülü danışmasına imkan verir. Məhz bu səbəbdən proqram qısa müddət ərzində məşhurlaşaraq geniş auditoriya toplamağı bacardı.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, “ZOOM”-un həyata keçirdiyi qanunsuz işlərə görə tətbiqin istifadəsinə bütün dünyada qadağa qoyulub. Belə ki, Türkiyədə müəllimlərin hesablarından pul çıxarıldığı iddiası gündəmə gəlib.

COVİD-19 epidemiyası ilə əlaqədar Sinqapurda da məktəblər bağlandığı üçün “ZOOM”-dan istifadə olunurdu. Ancaq 40 məktəblinin iştirak etdiyi videokonfransa iki nəfərin daxil olaraq qızları narahat etməsindən sonra proqramın istifadəsinə qadağa qoyulub. Hazırda Sinqapur rəsmiləri araşdırma aparırlar, tətbiqin istifadəsi təhlükəsizlik problemləri həll olunana qədər dayandırlıb.

Bildirilir ki, “Zoom” şirkətinin rəsmiləri problemi həll etmək üçün Facebook-un keçmiş təhlükəsizlik rəhbərini dəvət ediblər.

ABŞ-dakı məktəblərdə də tətbiqin istifadəsinə qadağa qoyulub. Hazırda “Google Meet” “Skype for Business” və “Slack” videokonfrans tətbiqetmələri heç bir problem olmadan xidmət etməyə davam edirlər.

Qeyd edək ki, hazırda Azərbaycanda da əksər repititorlar ali təhsil müəssisələrinə abituriyent hazırlığını bu proqram üzərindən aparırlar. Eyni zamanda bir çox şəhər və rayonlarda orta məktəb müəllimləri də koronavirusla əlaqədar yaranmış vəziyyətdən çıxış yolunu bu proqramın imkanlarından istifadə edərək tapıblar.