Zuğulba ərazisində sakinlərə su verilmir – ŞİKAYƏT – VİDEObackend

Zuğulba ərazisində sakinlərə su verilmir – ŞİKAYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Su çatışmamazlığı paytaxt sakinlərini təngə gətirib… Bu dəfə Paytaxtın Buzovna qəsəbəsi Zuğulba ərazisində sakinlər yaydan bəri sularının verilmədiyini deyirlər…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər deyir ki, əksər qonşular birləşib birlikdə su alırlar.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş su təchizatı xidmətindən “Xəzər Xəbər”ə bildirdilər ki, bakı şəhəri üzrə suyun verilməsində qrafik dəyişikliyi baş verib. 12 saat su ilə təmin olunan ərazilər indi 6 saatlıq, 6 saatlıq təmin olunan ərazilər isə 3 saatlıq rejimə keçirilib. Hətta bəzi ərazilərdə suyun bir gündən bir verilməsi də baş verir. Daha uzaq ərazilərdə olan abonentlərə aşağı təzyiqlə də olsa su verilir. İçməli su ilə təmin edilməsi mümkün olmayan ərazilərə isə maşınlarla su çatdırılır. Həmçinin bildirildi ki, bəzi ərazilərdə primitiv xətlərin mövcudluğu, eləcə də havanın temperaturunun normadan artıq olması su təchizatında problem yaradan səbəblərdəndir. Bütün hallarda sakinlərin su təıchizatının təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.