Zülfüqarov: İrəvan danışıqlarda bizə deyirdi ki…backend

Zülfüqarov: İrəvan danışıqlarda bizə deyirdi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madam ki, Riçard Hoqland sirləri açır, mən də bir sirri açım.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, vaxtilə Minqsk Qrupu formatındakı danışıqlarda birbaşa iştirak edən Tofiq Zülfüqarov Minsk Qrupunun Amerikadan olan sabiq həmsədri Riçard Hoqlandın heç bir iş görmədiklərini, “Biz beşulduzlu otellərdə qalırdıq, ən yaxşı restoranlarda yeyirdik. Arabir də Minsk Qrupunun mövcud olduğunu yada salırdıq”, – deyə etirafı haqda bizimyol.info-ya danışarkən deyib.

T.Zülfüqarov münaqişənin artıq bitdiyi, Azərbaycanın öz ərazisi bütövlüyünü hərbi yolla həll etdiyi və buna görə də Minsk Qrupuna ehtiyac qalmadığı barədə səslənən fikirlərlə şərik olduğunu bildirib: “Minsk Qrupunun üzvləri gəlib nədən danışacaqlar? Həqiqəti danışmaq sərf etmir, heç qulaq asanların da xoşuna gəlmir. Tərəflərin hərəsi öz mövqeyini bildirəcək, o qədər! 28 il belə davam edib. Bu günə qədər danışıqlar belə olub: “Gücün var, get torpaqlarını qaytar, gücün yoxdur, otur, biz deyənlə razılaş”. Bizə bunu deyirdilər. Biz də bəzi məmurların dediyi kimi, “get, kimə istəyirsən, şikayət elə” deyirik. Onların da deməyindən belə çıxırdı. Ermənistan da bizə eyni sözü deyirdi.

İndi biz gücləndik, ordumuz torpaqları azad elədi. Minsk Qrupu gəldi, o öz dediyini deyəcək, biz də öz dediymizi. Üstəlik deyəcəyik: “Get, kimə istəyirsən, şikayət elə”.