Zurabişvili də Ərdoğanı təbrik etdibackend

Zurabişvili də Ərdoğanı təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidenti Salome Zurabişvili Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib.

NOCOMMENT.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində yazıb.

“Ərdoğanı yenidən seçilməsinə görə təbrik edirəm. Gürcüstan və Türkiyə inkişafa davam edən güclü əlaqələrlə bir-birinə bağlı olan yaxın dostlardır və bu müttəfiqliyi irəliyə aparmaq üçün daha çox əməkdaşlıq etməyimizi səbirsizliklə gözləyirəm”, – o bildirib.

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb.