Zurabişvili: Rusiyaya aydın cavabımız olmalıdır!backend

Zurabişvili: Rusiyaya aydın cavabımız olmalıdır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibə rus imperializminin mahiyyətini bütün dünyaya ifşa etdi.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü dünyanı silkələdi:

“Çünki beynəlxalq hüququn və humanizmin heç bir prinsiplərinə məhəl qoyulmayıb. İşğalçı qüvvələr öz ölkəsini müdafiə edənlərə qalib gələ bilməz. Bu, Gürcüstanın öz tarixində dəfələrlə nümayiş etdirdiyi nümunədir”.

Zurabişvilinin fikrincə, Rusiyanın işğalı bütün dünyaya, daha çox Avropa qitəsinə təhlükənin miqyası haqqında yeni anlayış gətirdi:

“Bu, Ukraynaya görünməmiş yardımın göstərilməsinə və bir çox ölkənin hərbi büdcəsinin artmasına səbəb oldu. Bunu İsveç və Finlandiyanın NATO-ya daxil olması da sübut edir. Gürcüstan Şimali Atlantika Alyansına inteqrasiya etmək üçün səylərini əsirgəməməlidir və Vilnüs sammiti bu baxımdan mühüm mərhələ olacaq. Tərəfdaşlarımız başa düşməlidirlər ki, qəti qərarlar qəbul etmək vaxtıdır və tərəddüd etməmək lazımdır. Bizim Rusiyaya cavabımız aydın və vahid olmalıdır”.