Zurabyan: Nikol hərəkətə keçdi, hakimiyyətdə qalacaqbackend

Zurabyan: Nikol hərəkətə keçdi, hakimiyyətdə qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda seçkilərə 2 gün qalıb, amma Nikol Paşinyan artıq onların nəticələrinin saxtalaşdırılmasına nail olub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Erməni Milli Konqresi Partiyasının sədr müavini Leon Zurabyan “Pressinq” verlişinin efirində bildirib.

“Bizdə Nikol Paşinyanın hakimiyyətdəki rıçaqlarından istifadə edərək, seçkinin nəticəsinə təsir edəcək bəzi detalları saxtalaşdırmasına dair sübutlar var. Hökumətə göstəriş verilib ki, Paşinyanın arxasında dayana biləcək insanları toplamaq üçün bütün inzibati gücdən istifadə edilsin. Bu isə dövlət müəssələrində çalışan yüzminlərlə insan deməkdir. Əgər onlar buna nail ola bilsə, Nikol Paşinyan saxtakarlıqla hakimiyyətdə qalacaq. Heç kim də ona mane ola bilməyəcək”, – deyə Zurabyan qeyd edib.